"Traktor" məğlub oldu

“Traktor” İran çempionatında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 8-ci turda səfərdə "Sanat Naft"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Traktor” 12 xalla 5-ci pillədə qərarlaşıb. "Sanat Naft" isə 14 xalla 2-cidir.