"Traktor"a 1 qol bəs etdi
İran çempionatında 7-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” səfərdə “Persepolis”lə qarşılaşıb. Təbriz komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Görüşdəki yeganə qolu 75-ci dəqiqədə Mohammed Abbaszadeh vurub.
Qeyd edək ki, “Traktor” 7 turdan sonra 11 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. “Persepolis” isə 14 xalla liderdir.