"Traktor”dan növbəti qələbə
İran çempionatında 29-cu turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” bu tur doğma meydanda "Nassaji Mazandaran"la qarşılaşıb Matç Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90-cı dəqiqədə Qanbari vurub. Komanda ardıcıl 3-cü qalibiyyətini əldə edib.
Bu qələbə ilə xalını 52-yə yüksəldən “Traktor” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Persopolis” 63 xalla liderdir