Transfer pəncərəsindən baxış
Azərbaycan Premyer Liqasında çıxış edən klublar 2020/2021 mövsümünün qış transfer çalışmalarını davam etdirirlər.
Sportline.az xəbər verir ki, yanvarın 10-da açılan qış “transfer pəncərəsi” fevralın 10-da bağlanacaq.
"Neftçi"
Gələnlər: Orxan Qurbanlı ("Səbail": icarədən qayıdıb), Ahmed Ahmedov (ÇSKA, Bolqarıstan)
Gedənlər: Prins İbara (“Beerşot”, Belçika: icarə müqaviləsinə xitam verilib), Cabir Əmirli ("Sumqayıt": icarə)
Müqavilə müddətini uzadan: yoxdur
"Qarabağ"
Gələn: yoxdur
Gedən: Musa Qurbanlı ("Zirə", icarə), Donald Gerye ("Apollon")
Müqavilə müddətini uzadan: yoxdur
"Zirə"
Gələn: Musa Qurbanlı ("Qarabağ", icarə), Nemanya Andelkoviç (“Zlatibor”), Filipe Paxtman ("Lvov")
Gedənlər: Kayo Rangel, Rəşad Eyyubov, Ali Sisey
Müqavilə müddətini uzadan: yoxdur
"Sumqayıt"
Gələnlər: Cabir Əmirli ("Neftçi": icarə), Mehdi Şərifi ("Paykan", İran), Höccət Haqverdi ("Peykan", İran), Dmitri Nağıyev
Gedən: Kərəm Sultanov
Müqavilə müddətini uzadan: yoxdur
"Qəbələ"
Gələn: yoxdur
Gedən: yoxdur
Müqavilə müddətini uzadan: yoxdur
"Səbail"
Gələn: Luka İmnadze (“Samtredia”), Milovan Petroviç ("Vardar"), Ali Sisey ("Zirə")
Gedənlər: Arsen Ağcabəyov ("Sabah": icarə müqaviləsinə xitam verilib), Orxan Qurbanlı ("Neftçi": icarə müqaviləsinə xitam verilib), Əli Sadıxov, Murad Qayalı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev
Müqavilə müddətini uzadan: yoxdur
"Keşlə"
Gələnlər: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtrediya", Gürcüstan), Sadio Tounkara ("Narva Trans", Estoniya), Elvin Yunuszadə, Yevgeni Koçuk ("Sabah")
Gedənlər: Aleksandr Kristovao, Şohrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Dmitri Klots
Müqavilə müddətini uzadan: yoxdur
"Sabah"
Gələnlər: Arsen Ağcabəyov ("Səbail": icarədən qayıdıb), Tiemoko Fofana (“İlves”, Finlandiya: icarə), Bəxtiyar Həsənalızadə
Gedənlər: Yevgeni Koçuk, Ozan Can Kökçü ("Telstar", Niderland: icarəyə), Ulisse Diallo, Nikola Vuyadinoviç
Müqavilə müddətini uzadanlar: Təmkin Xəlilzadə, Şakir Seyidov