Tribunalarda 15 min oyuncaq
Hollandiya çempionatının 6-cı turunda ötən gün oynanılan “Herenven” – “Emmen” matçından (4:0) əvvəl maraqlı hazırlıq görülüb.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün keçirildiyi “Abe Lenstra” stadionunun oturacaqlarına 15 min ədəd oyuncaq ayılar qoyulub. Belə bir addım atmaqda məqsəd isə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək göstərmək olub.
Qeyd edək ki, “Herenven” bu qələbədən sonra xallarının sayını 13-ə çatdıraraq, turnir cədvəlində 3-cü yerə yüksəlib. Sıralamaya aktivində 15 xal olan “Ayaks” başçılıq edir. “Emmen” isə 3 xalla 16-cıdır.