"Tuluza" heyətini Dünya çempionu ilə gücləndirib

Liqa 1 klublarında "Tuluza" AEK-nın müdafiəçisi Cibril Sidibeni heyətinə qatdığını açıqlayıb.

Sportline.az L'Equipe-ə istindanla xəbər verir ki, 32 yaşlı müdafiəçi azad agent statusunda Fransa klubunun sıralarına qoşulub.

Müqavilənin detalları mətbuata açıqlanmayıb.

Sidibe ötən mövsüm AEK-nın heyətində meydana çıxdığı 25 oyunda 2 qol vurub.

Qeyd edək ki, Sidibe 2018-ci ildə Fransa millisinin heyətində Dünya çempionu olub.