Tural Qurbanov Niderlandın oyununda

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Sportline.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində keçiriləcək Niderland - Belarus matçını idarə edəcək.

T.Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının yeddinci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.