"Turan Tovuz" azarkeşlərinə şad xəbər
Peşəkar Futbol Liqası tərəfindən Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.
Sportline.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Keçirilmiş test oyununun nəticələrinə əsasən, "Turan Tovuz" klubunun ev oyunlarının 12 apreldə nəzərdə tutulmuş "Sumqayıt"a qarşı matçdan etibarən Tovuz şəhər stadionunda keçirilməsinə qərar verilib.