“Turan Tovuz” “Qəbələ”yə qarşı
Bu gün Misli Premyer Liqasında 25-ci tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək.
Tovuz şəhər stadionu hazır olmadığına, komandanın son zamanlar ev oyunlarını keçirdiyi “Azərsun Arena” isə təmirə bağlandığına görə “Turan Tovuz” rəqibini Sumqayıtda qəbul edəcək.
Hazırda Kurban Berdıyevin komandası 45 xalla 3-cü, “Qəbələ” ilə 16 xalla 11-ci pillədə qərarlaşıb.
Cari mövsümün ilk iki dövrəsində “Turan Tovuz” rəqibini məğlub edib – 1:0 və 3:0.
Qeyd edək ki, bu qarşılaşmadan sonra milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında aprelin 5-ə qədər fasilə yaranacaq.
21 mart (şənbə)
16:00. “Turan Tovuz” – “Qəbələ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18 mart (çərşənbə)
“Şamaxı” - “Araz-Naxçıvan” - 0:1
19 mart (cümə axşamı)
“Sabah” - “Sumqayıt” - 3:1
“Karvan-Yevlax” - “Zirə” - 0:1
20 mart (cümə)
“Kəpəz” - “Qarabağ” - 1:0
“Neftçi” - “İmişli" - 6:0