"Turan Tovuz" "Şamaxı"ya qalib gəldi

2022-2023-cü  illər mövsümünün hazırlığını davam etdirən “Turan Tovuz” bu gün yoxlama oyunu keçirib. 

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası "Şamaxı" ilə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda oynanılan görüşdə "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Turan Tovuz" yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.

Banner