“Turan Tovuz” “Zirə”yə, “Sabah” “Karvan-Yevlax”a qarşı
Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək.
“Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq. Bu komandaların 1-ci dövrədəki görüşündə heç-heçə qeydə alınıb, 2-ci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb.
Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki duellərindən “Sabah” qalib ayrılıb.
Misli Premyer Liqası, 29-cu tur
27 aprel (bazar ertəsi)
18:00. “Turan Tovuz” – “Zirə”
Tovuz şəhər stadionu
20:00. “Sabah” – “Karvan-Yevlax”
“Bank Respublika Arena”
25 aprel (şənbə)
“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1
“İmişli” - “Sumqayıt” - 0:2
26 aprel (bazar)
"Neftçi" – "Qarabağ" - 1:5
"Şamaxı" – "Kəpəz" - 2:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol