Türk futbolçu "Barselona"nın hədəfində

"Barselona" növbəti yay transfer pəncərəsində "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanı heyətinə qatmağa çalışacaq.

Sportline.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 

31 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Bir neçə klub Gündoğanı transfer etmək istəyir, onlardan biri də “Barselona”dır.

La Liqa təmsilçisinin baş məşqçisi Xavi bu yay "Mançester Siti"nin oyunçusu Bernardo Silvanın "Barselona"ya keçməsini istəyirdi. Lakin portuqaliyalı futbolçu Premyer Liqa təmsilçisində qaldı. Klub növbəti yayda da Silvanın transferi ilə bağlı qarşı tərəflə razılığa gəlməsə,İlkay Gündoğanı almağa çalışacaq.

Qeyd edək ki, İlkay bu mövsüm bütün yarışlarda 10 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.