Türk ulduza fantastik təklif
Hücum xəttinə futbolçu transfer etmək istəyən "Liverpul" "Yuventus"un futbolçusu Kənan Yıldız üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçu üçün fantastik büdcə ayırıb. “Calcio Mercato”nun məlumatına görə, “Liverpul” mövsümün sonunda müqaviləsi başa çatacaq Mohamed Salahla hələ razılığa gələ bilməyib. “Liverpul” Salahı Kenan Yıldızın əvəz edə biləcəyini hesab edir.
Bildirilir ki, İngiltərə klubu Kenan Yıldızı üçün “Yuventus”a 80 milyon avro irəli sürüb. Həmçinin, "The Mirror"un məlumatına görə, "Liverpul" müqaviləsi başa çatacaq Mohamed Salahla yeni müqavilə imzalamaq ərəfəsindədir. Bununla belə, “Liverpul” Kenan Yıldızı transfer edə bilər.
Qeyd edək ki, bundan əvvəl, "Yuventus"un Kenan Yıldızı böyük məbləğə satmağa razı olduğu, qərarı futbolçunun özünə buraxdığı iddia edilmişdi.
Kenan Yıldızın isə "Yuventus”da qalmağa üstünlük verdiyi deyilir.