Türkiyə 1-ci liqası:"Bodrumspor"un yarımfinaldakı rəqibi müəyyənləşdi

Türkiyə 1-ci liqasında yarımfinala adlayan ikinci komandanın adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, az öncə bitən görüşdə "Çorum" "Kocaelispor"u 2-1 hesabı ilə məğlub edərək Bodrumsporun rəqibi olub.

"Kocaelispor"da çıxış edən millimizin üzvü Ramil Şeydayev 90 dəqiqə meydanda olub.

"Bodrumspor"-"Çorum" oyununun qalibi Super Liqaya vəsiqə uğrunda həlledici matçda "Sakaryaspor"la qarşılaşacaq.

Qeyd edək ki, Super Liqaya vəsiqə qazana iki komandanın adı artıq məlumdur. Bunlar "Eyupspor" və "Göztepe" klublarıdır.