Türkiyə Gürcüstana qarşı
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, Türkiyə öz meydanında Gürcüstanla qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda meydanda sahiblərində yeganə itki İrfan Can Kahvecinin adı ilə bağlıdır.
Gürcüstan isə meydana optimal heyətlə çıxacağı gözlənilir.
Bu komandaların Tiflisdə keçirilən oyununda Türkiyə rəqibini 3-2 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, start fiti 22:45-də səslənəcək oyunu ruminiyalı hakim Radu Marian Petresku idarə edəcək.