Türkiyə İspanyaya qarşı
2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçiriləcək.
Sportline.az xəbər verir ki, A, G, J və E qrupunda ümumilikdə 8 qarşılaşma gerçəkləşəcək.
A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiyanı qəbul edəcək. E qrupunda qərarlaşan Türkiyə millisi isə İspaniya seçməsi ilə üz-üzə gələcək.
DÇ-2026, seçmə mərhələ
7 sentyabr
A qrupu
22:45. Almaniya - Şimali İrlandiya
22:45. Lüksemburq - Slovakiya
Xal durumu: Şimali İrlandiya - 3, Slovakiya - 3, Lüksemburq - 0, Almaniya - 0.
G qrupu
20:00. Litva - Niderland
22:45. Polşa - Finlandiya
Xal durumu: Niderland - 7 (3 oyun), Polşa - 7 (4 oyun), Finlandiya - 7 (4 oyun), Litva - 3 (4 oyun), Malta - 2 (5 oyun)
J qrupu
20:00. Şimali Makedoniya - Lixtenşteyn
22:45. Belçika - Qazaxıstan
Xal durumu: Uels - 10 (5 oyun), Şimali Makedoniya - 8 (4 oyun), Belçika - 7 xal (3 oyun), Qazaxıstan - 3 (4 oyun), Lixtenşteyn - 0 (4 oyun)
E qrupu
17:00. Gürcüstan - Bolqarıstan
22:45. Türkiyə - İspaniya
Xal durumu: İspaniya - 3, Türkiyə - 3, Gürcüstan - 0, Bolqarıstan - 0.