Türkiyə klubu baş məşqçi ilə müqaviləni uzatdı

Super Liqa komandalarında "Rizespor" baş məşqçi İlhan Palutla yeni müqavilə imzalayıb.

Sporline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Rizespor" klubunun mətbuat katibi Hasan Yavuz 47 yaşlı çalışdırıcı ilə yola davam edəcəklərini açıqlayıb.

Bu mövsümdən Qaradəniz təmsilçinə rəhbərlik edən İlhan Palut çıxdığı 39 oyunda 15 qələbə, 8 bərabərlik və 16 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, Palut daha əvvəl "Hatayspor", "Göztəpə" və "Konyaspor" klublarını çalışdırıb.