Türkiyə kuboku finalının biletləri satışa çıxarılıb
"Beşiktaş" ilə "Trabzonspor" arasında keçiriləcək Ziraat Türkiyə Kubokunun final matçının biletləri satışa çıxarılıb.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, final görüşünün bilet qiymətləri şimal və cənub tribunaları üçün 500 lirə, şərq və qərb tribunaları üçün 1000 lira olacaq.
"Beşiktaş" azarkeşləri matçı şərq və şimal tribunalarından, "Trabzonspor" tərəfdarları isə qərb və cənub tribunalarından izləyəcəklər.
Qeyd edək ki, "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək final qarşılaşması mayın 23-ü saat 21:45-də başlayacaq.