Türkiyə Lüksemburqa, Fransa Avstriyaya qarşı

Bu gün Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu start götürəcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.

C Liqasında Türkiyə Lüksemburqa uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq. Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Slovakiyaya qalib gəlsə, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrupdan lider kimi çıxacaq və B Liqasına yüksələcək.

A Liqasında Danimarka Xorvatiyaya, Niderland isə Polşaya qalib gəlsə, finala vəsiqəni təmin edəcəklər.

Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur

22 sentyabr

A Liqası

1-ci qrup

22:45. Fransa - Avstriya

22:45. Xorvatiya - Danimarka

Xallar: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4, Fransa - 2

4-cü qrup

22:45. Polşa - Niderland

22:45. Belçika - Uels

Xallar: Niderland - 10, Belçika - 7, Polşa - 4, Uels - 1

C Lqası

1-ci qrup

22:45. Türkiyə - Lüksemburq

22:45. Litva - Farer adaları

Xallar: Türkiyə - 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0

3-cü qrup

18:00. Qazaxıstan - Belarus

22:45. Slovakiya - Azərbaycan

Xallar: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2

D Liqası

1-ci qrup

20:00. Latviya - Moldova

22:45. Lixtenşteyn - Andorra

Xallar: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0