Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Türkiyə millisi DÇ-2026-dan öncə iki yoldaşlıq oyunu keçirəcək.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Vinçentso Montellanın komandası iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə, iyunun 6-da isə ABŞ-da Venesuela ilə qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə millisi 24 il sonra ilk dəfə mundialda yarışacaq. Sözügedən yığma DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.