Türkiyə millisinin sabiq baş məşqçisi Bundesliqa klubunu çalışdıracaq

Son olaraq Türkiyə millisini çalışdıran Stefan Kuntz Almaniya klubunu çalışdıracaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 2021-2023-cü illərdə Türkiyə millisini çalışdıran Stefan Kuntz “Boxum” klubunun maraq dairəsindədir.

Çıxdığı son 7 görüşdə  6 məğlubiyyət, 1 bərabərlik alan “Boxum” baş məşqçi Tomas Letş ilə yollarını ayırmağa hazırlaşır.Bu mövqeyə ən real namizəd isə Stefan Kuntzdur.

Qeyd edək ki, Kuntz 2006-2008-ci illərdə “Bohum” klubunda idman direktoru vəzifəsində çalışıb.