Türkiyə millisinin sabiq çalışdırıcısı Stefan Kuntzun yeni komandası məlum olub
2021-2023-cü illərdə Türkiyə millisinə rəhbərlik edən Stefan Kuntzun yeni komandası müəyyənləşib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Bundesliqa-2 komandalarında "Hamburq" Stefan Kuntzun idman direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Kuntz Türkiyə millisi ilə çıxdığı 20 oyunda 12 qələbə, 3 heç heçə, 5 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, 61 yaşlı mütəxəssis daha əvvəl Almaniya U-21, "Bohum" və "Karlşruhe" komandalarını çalışdırıb.