Türkiyə millisinin sabiq futbolçusu koronavirusun qurbanı oldu
Türkiyə millisinin və "Göztepe" klubunun sabiq futbolçusu Doğan Küçükduru dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, keçmiş hücumçu 72 yaşında koronavirusdan vəfat edib.
O, İzmir şəhərində müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, Doğan Küçükduru "Göztepe"dəki oyunu ilə məşhurlaşıb.
O, 1971 - 1975, 1977 - 1980-cı illərdə İzmir təmsilçisinin, 1974-cü ildə isə bir oyunda Türkiyə millisinin formasını geyinib.