Türkiyə millisinin üzvü rəsmən "Yuventus"da

"Bavariya"dan ayrılan türkiyəli futbolçu Kenan Yıldızın yeni klubu məlum olub. 

Sportline.az xəbər verir ki, 17 yaşlı hücumameyilli yarmmüdafiəçi karyerasını "Yuventus"da davam etdirəcək. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, K.Yıldız geridə qalan mövsüm "Bavariya"nın müxtəlif yaş qruplarından ibarət komandalarında çıxdğı 20 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib. O, Türkiyənin U-17 millisinin də üzvüdür.