Türkiyə məğlub oldu, İtaliya 1 xalla kifayətləndi

UEFA Millətlər Liqasında ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 7 oyun keçiriləcək. 

Gecənin maraqlı oyunlarından biri Trabzonda keçiriləcək. Burada Türkiyə millisi Rusiyanı qəbul edəcək.

A Liqasında mübarizə aparan İtaliya seçməsi isə doğma meydanda Polşa ilə münasibətləri aydınlaşdıracaq.

Azərbaycanın mübarizə apardığı D Liqasının 3-cü qrupunda Farer adaları Malta ilə üz-üzə gələcək.

Günün afişası belədir:


07 sentyabr 2018
UEFA Millətlər Liqası
1-ci tur

A Liqası, 3-cü qrup

İtaliya - Polşa - 1:1
QOLLAR:
Pyotr Zelinski, 40 (0:1); Jorjinyo, 78/p. (1:1)

B Liqası, 2-ci qrup

Türkiyə - Rusiya - 1:2
QOLLAR:
Denis Çerışev, 13 (0:1); Sərdar Əziz, 41 (1:1); Artyom Dzyuba, 49 (1:2)

C Liqası, 1-ci qrup

Albaniya - İsrail - 1:0
QOL:
Taulant Caka, 55 (1:0)

C Liqası, 4-cü qrup

Litva - Serbiya - 0:1
QOL:
Duşan Tadiç, 38/p. (0:1)

Rumıniya - Monteneqro - 0:0

D Liqası, 3-cü qrup

Azərbaycan - Kosovo - 0:0

Farer adaları - Malta - 3:1
QOLLAR:
Coan Edmundsson, 31 (1:0); Rene Yoensen, 38 (2:0); Mikael Mifsud, 42 (2:1); Hallur Hansson, 52 (3:1)