Türkiyə Rusiyanı məğlub etdi

Türkiyə yığması Millətlər Liqasının 5-ci turunun oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Şenol Güneşin komandası İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda Rusiya millisi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Bu, "ay-ulduzlular"ın qrupda ilk qələbəsi olub.

Türkiyə - Rusiya - 3:2
Qollar:
  Çerişev, 11 (0:1), Karaman, 27 (1:1), Ündər, 32 (2:1), Tosun, 52-pen. (3:1), Kuzyayev, 57 (3:2)

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.