Türkiyə Super Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək
Türkiyə Basketbol Liqasında bu gün pley-off mərhələsinin ilk cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, ilk oyunda "Türk Telekom" 79-99 hesabı ilə məğlub olduğu görüşün revanşında "Anadolu Efes"lə qarşılaşacaq.
Ankarada keçiriləcək matçın start fiti 19:00-da səslənəcək.
Digər oyunda "Qalatasaray" 96-95 hesabı ilə qalib gəldiyi ilk matçın cavab oyununda "Karşıyaka"nı qəbul edəcək.
"Sinan Erdem İdman Kompleksi"ndə baş tutacaq görüş 21:30-da start götürəcək.
Qeyd edək ki, seriyada 2 qələbəyə çatan ilk komandalar növbəti mərhələyə adlayacaqlar.