Türkiyə - Uels görüşünün hakimi açıqlandı
AVRO-2020-nin Bakıda keçiriləcək Uels - Türkiyə matçını idarə edəcək hakimlərin adı açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Oyun portuqaliyalı hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Artur Diaş olacaq. Ona Rui Taveres və Paulu Soareş kömək edəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyrodur.
Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlanacaq.