Türkiyə Xorvatiya ilə, Niderland İspaniya ilə üz-üzə gələcək

Bu gün Avropa zonası üzrə bir sıra ölkələrin futbol üzrə milli komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Sportline.az xəbər verir ki ümumilikdə 19 qarşılaşma təşkil ediləcək. Azərbaycan millisi səfərdə Sloveniyanın qonağı olacaq. Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro Qazaxıstanla münasibətlərə aydınlıq gətirəcək. Lüksemburq isə Avstriya ilə üz-üzə gələcək.

Türkiyə yığması İstanbulda Xorvatiyanı qəbul edəcək. Günün mərkəzi görüşü isə Amsterdamda gerçəkləşəcək. Niderland və İspaniya komandaları üz-üzə gələcək.

Yoldaşlıq görüşləri
18:45. Yunanıstan - Kipr
19:00. Albaniya - Kosovo
21:00. Norveç - İsrail
21.00. Rumıniya - Belarus
21:00. Monteneqro - Qazaxıstan
21:00. San Marino - Latviya
21.00. Litva - Farer adaları
21:00. Malta - Lixtenşteyn
21:30. Bolqarıstan - Cəbəllütariq
21:45. Türkiyə - Xorvatiya
22:30. Danimarka - İsveç
23:30. Lüksemburq - Avstriya
23:45. Sloveniya - Azərbaycan
23:45. Portuqaliya - Andorra
23:45. İtaliya - Estoniya
23:45. Belçika - İsveçrə
23:45. Polşa - Ukrayna
23:45. Almaniya - Çexiya Respublikası
23:45. Niderland - İspaniya