Türkiyədə vəziyyət gərginləşir
Türkiyə Futbol Federasiyası (TFF) 3 hakimin koronavirusa yoluxduğunu açıqlayıb.
Sportline.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, onlardan ikisi əsas, biri isə köməkçi referidir.
Adları açıqlanmayan şəxslər karantinə alınıb.
Daha əvvəl Superliqada "Hatayspor" - "Qalatasaray" matçının baş hakimi dəyişdirilib. Qarşılaşma Fırat Aydınusun yerinə Abdülkadir Bitigenə həvalə edilib. İstanbul təmsilçisi Aydınusun testinin müsbət çıxdığını bəyan edib.
Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Hatayspor" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.