Türkiyəli futbolçu Romelu Lukakunun rekordunu yeniləyib

Türkiyəli futbolçu Romelu Lukakunun rekordunu yeniləyib 

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu bu mövsüm 14 penaltinin hər birini qola çevirərək Romelu Lukakunun rekordunu yeniləyib.

Belə ki, Romelu Lukaku indiyədək ümumilikdə 13 penalti vuruşunu qolla tamamlayıb.

Qeyd edək ki, “İnter” klubu “Udineze” ilə görüşdə geridönüş edərək 2-1 hesabı ilə qalib gəlib.

31 görüşün hər birində qol vuran komanda İtaliya futbol tarixində ilkə imza atıb.