Türkiyəli oyunçu "Barselona"ya qarşı oynaya bilməyəcək
Türkiyə millisinin üzvü Cengiz Ünder zədə səbəbilə "Roma"nın heyətindən kənarlaşdırılıb. SportLine.az xəbər verir ki, futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək görüşü buraxacaq.
"Kamp Nou"dakı görüşdən öncə açıqlanan heyətə C.Ünderin adı daxil edilməyib. Onun zədəsini tam sağaltmadığı bildirilib.
Əvəzində, zədəsini sağaldan Raca Nainqqolan və Lorentso Pelleqrini heyətə qayıdıb.
Qeyd edək ki, "Barselona" - "Roma" görüşü sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.