U-13 Liqasında pley-offun püşkü atıldı
AFFA U-13 Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportline.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib. Həmçinin iştirakçı komandaların 1/4 və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.
U-13 Liqası, 1/8 final
“Qarabağ” – “Azəri” (Gəncə)
“Qəbələ” – “Ulduz” (Mingəçevir)
“Turan Tovuz” – “Viləş”
“Xan Lənkəran” – “Aran” (Beyləqan)
“Araz Saatlı” – “Sumqayıt”
“Araz-Naxçıvan” – “Sabah”
“Sumqayıt City” – “Zirvə”
“Neftçi” – “Metak”
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları aprelin 18-19-da keçiriləcək.