Millimiz "Qarabağ"la oynayacaq

Martın 14-dən Bakıda təlim-məşq toplanışına start verən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq müddətində 3 yoxlama matçı keçirəcək.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv martın 20-də "Qarabağ", 27-də I Divizion təmsilçisi "Qaradağ Lökbatan" və 29-da "Qəbələ" ilə qarşılaşacaq.

Oyunların yeri hələlik açıqlanmayıb.

20 mart

17:00. “Qarabağ” – Azərbaycan U-21

27 mart

16:00. Azərbaycan U-21 – “Qaradağ Lökbatan”

29 mart

16:00. Azərbaycan U-21 – “Qəbələ”

Qeyd edək ki, təlim-məşq toplanışı martın 29-dək davam edəcək.