Üç klub Hüqo Larsson üçün transfer yarışına girib
“Ayntraxt”ın isveçli futbolçusu Hüqo Larsson mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sky Germany” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid”, “Mançester Yunayted” və “Liverpul” Hüqo Larssonu transfer etmək üçün yarışa girib.
Hüqo Larssonun hazır dəyəri “Transfermarkt” portalına görə 28 milyon avrodur.
Qeyd edək ki, 20 yaşlı futbolçunun “Ayntraxt”la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.