Uduzan boksçu hakimi vurdu

Sidneyin "The Star" arenasında keçirilən boks gecəsi qalmaqalla yadda qalıb.

Sportline.az xəbər verir ki, bu dəqiqələrdə davam edən turnirdə qarşılaşan yüngülçəkili boksçular Çarli Kazzi ilə Lui Maqayvanın döyüşü Kazzinin qələbəsi ilə nəticələnib.

Amma, onun rəqibi bununla razılaşmayıb və 7-ci raundda görüşü dayandıran referiyə zərbə endirib.

Papua və Yeni Qvineyadan olan boksçunun uzun müddətli diskvalifikasiya olunacağı gözlənilir.