UEFA Avropa Liqası: Bu gün daha 17 qarşılaşma baş tutacaq
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda daha 17 görüş keçiriləcək.
Sportline.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.
Bu görüşlə yanaşı, daha 8 matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər 8 oyun isə gecəyarısı start götürəcək.
Qeyd edək ki, IV turun açılış oyununda "Beşiktaş" dünən "Malmö" ilə qarşılaşmışdı.
UEFA Avropa Liqası
Liqa mərhələsi
IV tur
7 noyabr
21:45. "Budyo Qlimt" (Norveç) – "Qarabağ" (Azərbaycan)
21:45. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Slaviya" (Çexiya)
21:45. "Elfsborq" (İsveç) – "Braqa" (Portuqaliya)
21:45. FKSB (Rumıniya) – "Midtyullann" (Danimarka)
21:45. "Qalatasaray" (Türkiyə) – "Tottenhem" (İngiltərə)
21:45. "Ludoqorets" (Bolqarıstan) – "Atletik" (İspaniya)
21:45. "Nitsa" (Fransa) – "Tvente" (Niderland)
21:45. "Olimpiakos" (Yunanıstan) – "Reyncers" (Şotlandiya)
21:45. "Yunion" (Belçika) – "Roma" (İtaliya)
00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrail)
00:00. AZ (Niderland) – "Fənərbağça" (Türkiyə)
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan)
00:00. "Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa)
00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya)
00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan)
00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Soseydad" (İspaniya)
00:00. RFS (Latviya) – "Anderlext" (Belçika)
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində V tura noyabrın 28-də start veriləcək.