UEFA Avropa Liqası: "Qarabağ" Fransa klubu üçün 448 bilet ayırıb

Fransanın "Lion" klubuna Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçı üçün 448 bilet ayrılıb.

Bu barədə Sportline.az-a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Liqa 1 təmsilçisi noyabrın 26-da, saat 21:35-də Bakıya çatacaq. Qonaq komanda qarşılaşmadan sonra ölkəsinə qayıdacaq.

Bakıya "Lion"un konkret neçə azarkeşinin gələcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək.