UEFA Avropa Liqasında finalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olacaq.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan "Leyptsiq" bu dəfə "Reyncers"lə Şotlandiyada üz-üzə gələcək. Qlazqodakı "Aybroks" stadionunda oynanılacaq matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Gecənin digər oyununda İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirəcək. Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. "Frankfurtştadion" arenasında keçiriləcək matçın baş hakimi ispaniyalı Xesus Hil Mansano olacaq.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)

Baş hakim: Artur Diaş (Portuqaliya)

Qlazqoda, "Aybroks" stadionu

İlk oyun - 0:1

23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə)

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Frankfurt, "Frankfurtştadion"

İlk oyun - 2:1

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq.