UEFA Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” uduzub
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulub.
Sportline.az xəbər verir ki, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı 3:2 hesabı ilə yenib.
“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 3:0
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
11 dekabr
21:45. “Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) 3:1
21:45. “Lill” (Fransa) - “Şturm” (Avstriya) 3:2
00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) 2:3
00:00. “Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) 2:0
00:00. “Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) 0:0
00:00. “Arsenal” (İngiltərə) - “Monako” (Fransa) 3:0
00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) 2:1
00:00. “Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) 4:2
00:00. “Ştutqart” (Almaniya) - “Yanq Boys” (İsveçrə) 5:1
Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.