UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ən yaxşı qolu açıqlanıb

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ən yaxşı qolu bəlli olub.

Sportline.az xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun İngiltərədə "Mançester Siti" ilə ilk oyundakı dəqiq zərbəsi layiq görülüb.

22 yaşlı braziliyalı hücumçu 3:4 hesabı ilə uduzduqları matçda komandasının ikinci qoluna imza atıb. "Kral klubu" Madriddəki görüşün əlavə vaxtından rəqibini 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

"Real Madrid" finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.