UEFA Çempionlar Liqasının yeni topunu təqdim etdi

UEFA Çempionlar Liqasının yeni topu ictimaiyyətə təqdim olunub.

Sportline.az xəbər verir ki, yeni top yarışın pley-off mərhələsindən komandaların ixtiyarında olacaq.

Yeni dizayn da ənənəvi üsluba uyğun formalaşdırılıb.

Üstünlük isə final matçının keçiriləcəyi Münhenin yerləşdiyi Bavariya vilayətinin gəzməli-görməli yerlərinin təsvirinə verilib. 

Qeyd edək ki, ÇL-in pley-off mərhələsi fevralın 11-də başlanacaq.

Final qarşılaşması isə may ayının 31-də olacaq.