UEFA Kuboku: "Araz"ın görüşlərinin vaxtı müəyyənləşdi

Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində çıxış edəcək "Araz"ın görüşlərinin vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, "H" qrupunda mübarizə aparacaq Naxçıvan təmsilçisi ilk oyununa oktyabrın 11-də çıxacaq:

UEFA Kuboku, əsas mərhələ
"H" qrupu

11 oktyabr

17:30. "Araz" - "Mostar" (Bosniya və Herseqovina)

12 oktyabr

17:30. "Araz" - “Luksol Sent Endryu” (Malta)

14 oktyabr

20:00. "Araz" - “Deva” (Rumıniya)

Qeyd edək ki, görüşlər Rumıniyada keçiriləcək. Elit-raunda yalnız qrupda birinci yeri tutan klub vəsiqə qazanacaq.