UEFA maliyyə feyr-pley sistemini dəyişir

UEFA maliyyə feyr-pley sistemində dəyişiklik etmək istəyir.

Sportline.az xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Tankredi Palmeri məlumat yayıb. Avropanın ali futbol qurumu yaxın zamanda klublara transfer etmək üçün sərbəstlik verəcək bir maliyyə nəzarət sistemi açıqlayacaq.

Hazırkı maliyyə feyr-pley qaydaları 2011/12-ci illər mövsümündən tətbiq olunur. Bu sistemə görə, klublar qazandıqlarından çox pul xərcləməməlidirlər. Artıq feyr-pley qaydalarını pozduğu üçün bəzi klublar cəzalanıb və Avropa yarışlarından kənarlaşdırılıblar.

Qeyd edək ki, feyr-pley qaydalarına zidd davranaraq avrokuboklardan məhrum edilənlər arasında "Mançester Siti" də var idi. Komanda ötən ilin fevralında 2 illik cəzalandırılsa da, iyun ayında İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi və cəzası ləğv olunmuşdu.