UEFA "Milan"ı avrokuboklardan kənarlaşdırdı

UEFA İtaliyanın "Milan" klubunu cəzalandırıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi maliyyə "feyr-pley"i qaydalarını pozduğuna görə şərti olaraq iki il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Beləliklə, komanda 2018/2019, və ya 2019/2020-ci il mövsümlərinin birində avrokuboklara vəsiqə qazanacağı təqdirdə onun iştirak hüququ ləğv olunacaq.

Milan təmsilçisi 2018/2019-cu il mövsümündə Avropa Liqasına vəsiqə qazandığından cəzasını da, elə qarşıdakı mövsüm ödəyəcək. Onu Avroliqada "Atalanta" əvəz edəcək.