UEFA Millətlər Liqasında final mərhələsi başlanır

Bu gün UEFA Millətlər Liqasında həlledici mərhələ başlanır. 

Sportline.az xəbər verir ki, qitə miqyaslı turnirin ilk mövsümünün qalib və mükafatçıları Portuqaliyada müəyyənləşəcək.

Qrup mərhələsinin nəticələrinə əsasən 4 komanda məsələyə aydınlıq gətirəcək. Söhbət "A" liqasının qalibi Portuqaliya, İngiltərə, Hollandiya və İsveçrə millilərindən gedir. 

Final mərhələsinin ilk oyun günündə Portuqaliya seçməsi İsveçrə komandası ilə qarşılaşacaq. Portunun “Draqao” stadionunda keçiriləcək oyun gərgin və maraqlı mübarizə vəd edir. Sabah Gimaraynşda təşkil olunacaq digər oyunda isə, İngiltərə və Hollandiya futbolçuları münasibətləri aydınlaşdıracaqlar. 

Qalib komandalar baş mükafat uğrunda oyunda, məğlublar  bürünc mükafat üçün görüşdə üz-üzə gələcəklər. Həmin qarşılaşmalar iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, Millətlər Liqasının qalibi 10,5, finalçı 9 milyon, üçüncü yerin sahibi 8, 4-cü komanda isə, 7 milyon avro qazanacaq.

Millətlər Liqası
Yarımfinal
5 iyun
22:45. Portuqaliya – İsveçrə

Portu. “Draqao” stadionu

6 iyun
22:45. Hollandiya – İngiltərə
Gimaraynş. Afonso Enrike stadionu

III yer uğrunda oyun
9 iyun

17:00. Yarımfinalda məğlub olanlar
Gimaraynş. Afonso Enrike stadionu
Final
9 iyun
22:45. Yarımfinalda qalib gələnlər
Portu. “Draqao” stadionu