Fransa İspaniyaya qalib gəlib çempion oldu, İtaliya Belçikanı uddu

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn fransalılar kuboku qazanıblar.

3-cü yer uğrunda görüşdə isə İtaliya millisi Belçikaya 2:1 hesabı ilə qalib gəlib.

UEFA Millətlər Liqası, final mərhələsi

Üçüncü yer uğrunda görüş

17:00. İtaliya - Belçika 2:1

Qollar: Nikolo Barella, 47 (1:0), Dominiko Berardi, 65-penalti (2:0), Çarlz de Ketelare, 87 (2:1)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Turin. "Yuventus" stadionu

Final

22:45. İspaniya - Fransa 1:2
Qollar: Mikel Oyarsabal, 64 (1:0), Kərim Benzema, 66 (1:1), Kilian Mbappe, 80 (1:0)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Milan. "San-Siro" stadionu

Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.