UEFA Millətlər Liqasının startı təxirə salınır

UEFA Millətlər Liqasında 2020-2021 mövsümünün startı təxirə salınır.

Sportline.az Britaniyanın "The Independent" nəşrinə istinadən xəbər verir ki, turnirin sentyabr və oktyabr aylarına nəzərdə tutulan qarşılaşmaları koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

Qeyd edək ki, C liqasında Kipr, Monteneqro və Lüksemburq seçmələri ilə I qrupda mübarizə aparan Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də evdə Lüksemburqa qarşı keçirməlidir.