UEFA Millətlər Liqasının təqvimi açıqlandı
UEFA Millətlər Liqasının 2020/21 mövsümünün təqvimi açıqlanıb.
Sportline.az xəbər verir ki, ikinci dəfə keçiriləcək yarışın qrup mərhələsi 2020-ci ilin 3 sentyabrında başlanacaq və noyabrın 17-də başa çatacaq. Final mərhələsi isə 2021-ci ilin 2-6 iyun tarixlərində keçiriləcək.
Turnir yenə 4 divizionda baş tutacaq. A, B və C liqalarında 16, D liqasında 7 komanda mübarizə aparacaq. İlk 3 liqada komandalar 4 qrupa bölünəcək (hərəsində 4 komanda). D liqasında isə birində 4, digərində 3 yığma olan iki qrup olacaq.
Püşkatma mərasimi gələn ilin martın 3-də Amsterdamda keçiriləcək. Azərbaycan millisi C liqasında yarışacaq.
A liqasının qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaq, sonuncuları B liqasına düşəcək. B liqasında 1-ci yer sahibləri A liqasına yüksələcək, sonuncular C liqasına yuvarlanacaq.
C liqasında qrup qalibləri B liqasına yüksəlmək hüququ qazanacaq, sonuncu yer tutanlar pley-off-da D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki uğursuzu D liqasında qrup qalibi olanlar əvəzləyəcək.
A Liqası: Portuqaliya (son çempion), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya.
B Liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya.
C Liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan
D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino.
UEFA Millətlər Liqası
2020-ci il
I tur
3-5 sentyabr
II tur
6-8 sentyabr
III tur
8-10 oktyabr
IV tur
11-13 oktyabr
V tur
12-14 noyabr
VI tur
15-17 noyabr
2021-ci il
Final mərhələsi
2-6 iyun