UEFA prezidentindən sanksiya xəbərdarlığı

UEFA prezidenti Aleksander Çeferin Avropanın nəhəng klublarının yaratdığı Superliqaya münasibət bildirib.

Sportline.az xəbər verir ki, sloveniyalı funksioner bu təşəbbüsü pisləyib və UEFA-nın təbiq edəcəyi sanksiyaları açıqlayıb: “Superliqada oynayacaq futbolçuların dünya və Avropa çempionatında iştirakına qadağa qoyulacaq. Onların öz milli komandalarında oynamasına icazə verilməyəcək” – deyə Çeferin bildirib.

Xatırladaq ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.